Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Jurnalistin döyülməsində şübhəli bilinən 5-ci adam tutulub


-
Kiyevdə jurnalist Tatiana Chornovil-in döyülməsində şübhəli bilinən 5-ci adam tutulub. İndiyə qədər tutulan dörd nəfər barəsində isə məhkəmə 2 aylıq həbs qərarı verib.

Jurnalistə hücum bir neçə gün əvvəl öz avtomobili ilə evə gedərkən olub. Naməlum şəxslər onu avtomobilindən düşürərək döyüblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Jurnalist Tatiana Chornovil yüksəkçinli Ukrayna məmurlarının korrupsiya əməlləri haqda araşdırmalar aparıb. Noyabrın 21-dən Kiyevdə davam edən avrointeqrasiya tərəfdarlarının aksiyasında aktiv iştirak edib.
XS
SM
MD
LG