Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

Özünü yandıran Zaur Həsənovun səhhəti ağır-stabil kimi qiymətləndirilir


Zaur Həsənov

Zaur Həsənov

-
«Qarabağ Qaziləri» İctimai Birliyinin sədr müavini Firudin Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, bunu onlara dekabrın 28-i səhər saatlarında Zaur Həsənova baş çəkən Səhiyyə Nazirliyinin nümayəndəsi deyib:

«Biz hazırda 5 saylı xəstəxananın yanıq şöbəsinin qarşısındayıq. Deyirlər ki, səhhəti düzəlir, amma biz çox narahatıq».

Dekabrın 25-də ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Həkimlərin dediyinə görə, Zaur Həsənovun bədənin 65 faizi yanıb.

O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Veteran iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG