Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:08

İlin məzəli və cəfəng hadisələrinin videoicmalı


How Animals Eat Their Food | MisterEpicMann
How Animals Eat Their Food | MisterEpicMann
-
AzadlıqRadiosu astronavt Chris Hadfield-in tənəkədə uçmasından tutmuş «ilin ən uğursuz yanbız burcutmasınadək» il ərzində baş vermiş məzəli, cəfəng, bəzən isə heyrətləndirici hadisələrinin videoicmalını hazırlayıb.

10) Astronavt Chris Hadfield kosmosda mahnı oxuyur

Kanadalı Chris Hadfield dünyanın ən böyük sosial şəbəkə vurğunu olan kosmonavt sayılır.

Beynəlxalq Kosmik Stansiyanın komandiri orbitdən göndərdiyi tvitterlə milyonlarla davamçı toplayıb. Bu mesajlarda o, Yerdəki qardaşlarına kainat səyahətinin incəliklərindən yazırdı.

Lakin hamını heyrətləndirən onun David Bowie-yə aid «Fəzanın qəribəliyi» («Space Oddity») mahnısını öz ifasında yazması olub:



9) Sibirə böyük meteorit düşüb

Hadfield planet insanlarına kosmosdan müraciət edirdisə, Sibirin Çelyabinsk şəhərinə düşən meteorit kosmosun o qədər də uzaqda olmadığını göstərdi.
Elələri də oldu ki, bu kosmik hadisəni özləri müşahidə etdilər:



8) Dünyanın hava yastıqları ilə üzən ən böyük gəmisi – hoverkraftı Rusiya sahillərində özünü günə verənləri vahiməyə salıb.

Bundan əvvəlki meteorit videosu qondarma yumor klipi olsa da, milyonlarla insan onu ciddi qəbul etmişdi. Çünki videodakı oğlanın üzündə böyük fəlakətlərə tipik rus soyuqqanlığı ilə reaksiya vardı.

Lakin nəhəng hoverkraftın Kalininqrad çimərliyinə yan alması hətta soyuqqanlılıqda ad çıxarmış rusları da heyrətə salmışdı.

Amma yenə də təsəvvür etmək çətindir ki, məsələn, belə bir şey Floridada və ya Malaqada baş versəydi, çimərlikdəkilər necə reaksiya göstərərdilər:



7) Steve Kardynal Miley Cyrus-u videoçatda necə doladı

Pop ulduzu Miley Cyrus-un «Divardağıdan kürə» («Wrecking Ball») mahnısı heç şübhəsiz 2013-cü ilin ən böyük hitlərindən biridir. Lakin bu mahnının klipi müğənninin açıq-saçıq və az qala ədəbsiz hərəkətlərinə görə qalmaqala səbəb oldu. Debatlara qoşulanlar qadın vücudunun bu cür «istismarını» pisləyirdilər.

Sizin bu debatın hansı tərəfində olmanızdan asılı olmayaraq, komediya ustası Steve Kardynal-ın bu mahnıya hazırladığı parodiyadan xoşlanacağınız bəllidir. Bu klipə baxarkən hətta məşhur Sinead O'Connor da özünü gülməkdən saxlaya bilməyib.



6) Jimmy Somerville küçə aktyorunu təəccübləndirdi

Növbəti videoya isə biganə qalmaq mümkün deyil. Berlində bir küçə müğənnisi «Bronsky Beat» qrupunun «Smalltown Boy» mahnısını ifa edir və bu zaman qrupun aparıcı müğənnisi Jimmy Somerville öz iti ilə təsadüfən ordan keçir. Görün nələr olur:



5) Caitlin Heller od tutdu

Metal kürənin üstündə çılpaq videosu ilə dünyanı bir-birinə qatmazdan əvvəl də Miley Cyrus MTV Video Musiqisi Mükafatları mərasimində oyun çıxarmışdı.

Onun müğənni Robin Thicke-lə dueti zamanı «yanbızlarını ədəbsiz şəkildə burcutması» - «twerking», yəni «yanbız burcutması» sözü ingilis dilinin Oxford lüğətlərinə daxil oldu. Şeytani «Harlem Shake» rəqsi kimi bu klipi də saysız hesabsız yamsılayanlar oldu.

Bu mənada Caitlin Heller-in burcutmanı yamsılaması daha diqqətə layiqdir. Çünki bu qondarma videoda burcutma kimi başlanan rəqs yanğınla bitir:



4) Rusiya Polis Xoru «Daft Punk»ı ifa edir

«Divardağıdan kürə» mahnısı adamların şüuruna necə sirayət edibsə, «Daft Punk»ın da «Get Lucky» – «Xoşbəxt ol» mahnısını 2013-cü ilin ilıq yayında az qala hamı zümzümə edirdi.

Bu elə bir populyar mahnı idi iki, onu ayrı-ayrı müğənnilər pis-yaxşı oxumağa çalışdılar, satiriklər isə nəzirə və parodiyalar düzəltdilər. Bəzən belə tamaşalar küçədə baş verirdi. Lap elə İrlandiyadakı bu taksi sürücü kimi adamlar məşhur mahnını küçə şənliyinə çevirirdilər.

Rusiya Polis Xorunun bu ifası isə YouTube saytında milyonlarla seyrçi cəlb etdi.



3) Heyvanlar necə yeyirlər

İstəyirsiniz, bunu həqiqi komediya janrı kimi qəbul edin, istəyirsinizsə, indiyədək gördüyünüz ən məzəli uşaq zarafatı kimi. Belə ya elə, əslində heyvanların necə yediklərini nümayiş etdirməyə çalışan insanın – MisterEpicMann-in «Heyvanlar öz yeməklərini necə yeyirlər» klipi internetdə 100 milyon tamaşaçı tərəfindən baxılıb:



2) Telekinetik kafe zarafatı

2013-cü ildə qondarma və zarafat tipli videolar çox məşhur olub.

«Carrie» dəhşət filmini bazarlamaq istəyənlərin qurama video səhnələri heç nədən xəbərsiz adamları doğrudan da dəhşətə gətirib.

Bunun necə göründüyünü isə aşağıdakı video klip nümayiş etdirir:



1) Baxılası bir şey yoxdur: sadəcə olaraq pişik köpək balığının kostyumunu geyinib.

Seyrçini yoluxdurmaq mənasında yəqin ki, norveçli «Ylvis» duetinin oxuduğu «What Does the Fox Say?» - «Tülkü nə deyir?» mahnısı 2013-ün ən populyar internet klipi olacaq.

Lakin biz ilin ən axmaq yoluxdurucu klipindən danışırıqsa, onda gərək köpək balığının qiyafəsinə girmiş bu məstanın robot tozsorana minib gəzməsinə baxaq.

Bu videoya 7 milyon insan baxıb və o, bizim bir canlı məxluq kimi yüksək cəfəngiyat hissinə malik olduğumuzu bariz şəkildə nümayiş etdirir:



Hazırladı: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG