Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

Artıq Şerlok Holmsdan hamı yaza bilər


-
Bundan sonra Arthur Conan Doyle-un Şerlok Holms və yaratdığı digər obrazlardan onun varislərinin razılığı olmadan başqa yazarlar da istifadə edə bilər.

Belə bir qərarı dekabrın 27-də Nyu-York Federal Məhkəməsi çıxarıb. Bununla da məhkəmə Arthur Conan Doyle-un varislərini müəlliflik hüququndan məhrum edib.

Məhkəmə qərarı yazıçının 1923-cü il yanvarın 1-ə qədər yazdıqları və müəlliflik hüququ ilə qorunan 50 əsərinə, o cümlədən həmin tarixdən sonra Şerlok Holmsla bağlı yazılan 10 əsərə şamil olunub.

Məhkəməyə müraciət edən Amerika yazıçısı – «Şerlok Holms» kitabının müəllifi Leslie Klinger bildirib ki, Arthur Conan Doyle-un varisləri yazdığı kitaba görə ondan pul tələb edirlər.

Müəllif hüquqları haqqında qanuna görə, bu hüquq əsərin yazılmasından 95 il müddətində və ya müəllifin ölümündən 70 il sonraya qədər qüvvədə ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG