Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:33

Liviyada saxlanan dörd Amerika hərbçisi sərbəst buraxılıb


-
ABŞ Dövlət Departamentinin nümayəndəsi Jen Psaki-nin dediyinə görə, Amerika hökuməti hərbçilərin hansı şəraitdə saxlanma səbəblərinə aydınlıq gətirməyə çalışır.

Dörd Amerika hərbçisi paytaxt Tripolinin yaxınlığında nəzarət-buraxılış məntəqəsində saxlanıb. Onların iki avtomobillə hərəkət etdikləri bildirilir.

Dövlət Departamentinin məlumatına görə, hərbçilər Amerika səfirliyi əməkdaşlarının evakuasiyası üçün yolları yoxlayırmışlar. Bir müddət sonra hərbçilərin istifadə etdiyi maşınlardan biri yandırılıb.

2012-ci ildə ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna silahlı hücum olub. Səfir də daxil olmaqla dörd amerikalı öldürülüb. Bu hadisədən sonra Vaşinqton Liviyada işləyən amerikalı diplomatlarla bağlı əlavə təhlükəsizlik tədbirləri görməyə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG