Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22

Bakıda 7 ünvanda satış yarmarkaları keçirilir


-
Dekabrın 28-dən paytaxtda 7 ünvanda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkasına başlanıb.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yarmarkanın təşkil olunmasında məqsəd həm də Yeni il bayramı ərəfəsində süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkalar dekabrın 28-dən 31-dək bu ünvanlarda fəaliyyət göstərəcək:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;

Xətai rayonu
- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, «Bakı Taxıl» ASC-nin ərazisi;

Nəsimi rayonu
- «Təzə bazar»ın ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, «Günəş» ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

Günün bütün mövzuları

XS
SM
MD
LG