Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50
Milli Məclisin bugünki iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilib.

Deputatlar Ali Məhkəmə sədrinin maaşının artırılmasını təqdir ediblər (1785 manat əvəzinə 2070 manat).Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri və apellyasiya məhkəmələrinin rəhbərləri isə 1863 manat alacaqlar.Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin, NMR-in analoji qurumunun, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin və digər hərbi məhkəmələrin sədrləri isə 1656 manat maaş alacaqlar.

Həmçinin Məhkəmə sədrləri müavinlərinin maaşları artırılıb.Bundan başqa, maaşlara ümumilikdə maaşın 45%-dən çox olmamaqla, hər 5 ildən bir 15% əlavələr müəyyən edilib. Prokuror və hakimlərin maaşlarına da belə əlavələr ediləcək.

Ali Məhkəmə hakimlərinin maaşlarına əlavələr 25%, apellyasiya məhkəmələrinin hakimlərinin maaşlarına əlavələr isə 20% ölçüsündə müəyyən edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG