Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

İLİN ADAMI: 2013 - SƏSVERMƏ


-
2013-cü ilin tarixə qovuşmaqda… Azərbaycanın ictimai-siyasi, mədəni-iqtisadi həyatına göz gəzdirsək, görəsən, bu il kimin adı dillərdən düşmədi? Kimin adı, işi, davranışları xəbər oldu? Kim yaddaqalan xəbərlər qaynağına çevrildi?

Söhbət elə bir adamdan gedir ki, başa çatmaqda olan 2013-cü il onun adını anmadan xeyli süst-susqun-səssiz-səmirsiz görünsün.

Qısası, 2013-cü ildə Azərbaycanda kimi “İlin adamı” saymaq olar? O adamı birgə seçək!..

Səs vermək üçün yazının solundakı SORĞU sütununa bax

İlham Əliyev - 3-cü müddətə prezident seçildi, YAP hakimiyyətini daha da möhkəmləndirdi, “Şahdəniz - 2” qaz sazişini imzaladı.
Cəmil Həsənli – Milli Şuranın prezidentliyə vahid namizədi seçildi. Seçki dövrü təzyiqlərlə üzləşdi, müxalifət düşərgəsinə yeni nəfəs gətirdi.
Rüstəm İbrahimbəyov – Seçkilərə qatıla bilməsə də, Milli Şura yaradılması ideyasını irəli sürdü və uzun müddət gündəmdə qaldı.
Ramiz Mehdiyev – Adı milyon dollarlıq deputat mandatı alverində hallandı, “Gülərqeyt” qalmaqalında vəzifəsini qoruyub saxladı.
Əkrəm Əylisli – “Daş yuxular” romanından sonra təzyiqlərlə üzləşdi, titulları əlindən alındı, bəzi yerlərdə kitabları yandırıldı, amma mövqeyini dəyişmədi.
Elşad Abdullayev – Rəsmilər və hüquq-mühafizə orqanlarının rüşvət alması, adam oğurluğunda rolu haqda gizli videoyazılar yaydı və beləcə, deputat mandatnın satılmasına dair şübhələri artırdı.
İlqar Məmmədov – İsmayıllı hadisələrində ittiham edilərək həbsə atıldı və prezident seçkisində iştirakdan məhrum oldu.
Anar Əliyev – Azərbaycanda tanınmayan bu adam, Global Wetness-in hesabatına görə, Dövlət Neft Şirkəti ilə sövdələşmələrdən milyonlarla dollar pul qazandı.
NİDA vətəndaş hərəkatının fəalları – Əsgər ölümlərinə etiraz olaraq Bakıda – şəhərin mərkəzində etiraz aksiyaları təşkil etdilər. İndi həbsdədirlər.
Tana de Zulueta – ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinin demokratik standartlara uyğun gəlmədiyini bəyan etdi.
Səs ver, şərhin varsa, cədvəlin sonunda yaz, polemikaya sən də qoşul.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG