Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Türkiyədə keçmiş nazir və 2 deputat hakim partiyadan istefa verdi


Foto arxiv
Foto arxiv
Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay Ədalət və İnkişaf Partiyasından istefa verib.

APA-nın məlumatına görə, dekabrın 26-da AKP rəhbərliyi Ə. Günayı partiyanın siyasətinə zidd mövqe tutmaqda günahlandıraraq partiyadan çıxarılması üçün Nizam-İntizam Komissiyasına müraciət edib.

Ərtoğrul Günay isə mətbuat konfransı keçirərək AKP-dən istefa verdiyini bəyan edib.

Ə. Günayla yanaşı daha iki millət vəkili – Ərdal Kalkan və Haluk Özdalqanın da partiyadan xaric edilməsi tələb olunub.Amma Ə. Kalkan və H. Özdalqa partiyanın qərarını gözləmədən AKP-dən istefa veriblər.

Keçmiş nazir korrupsiyaya qarşı çıxdığı üçün partiya rəhbərliyinin qəzəbinə tuş gəldiyini və bundan sonra təmiz siyasət uğrunda mübarizə aparacağını bildirib. Qeyd edək ki, hər üç millət vəkili AKP üzvü olmazdan əvvəl Türkiyədə solçu kimi tanınıb.
XS
SM
MD
LG