Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28

Psixiatriya xəstəxanasından qaçan şəxs saxlanıb


-
Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan 4 nəfərlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 15-də həmin xəstəxanada məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Ancaq axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R.Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patronu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG