Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

Ukraynada jurnalisti döyməkdə şübhəli bilinən daha 1 nəfər saxlanıb


Tetyana Chornovil

Tetyana Chornovil

Ukraynada araşdırmaçı jurnalist Tetyana Chornovol döyülməsində şübhəli biliunən daha 1 nəfər həbs edilib. İndiyədək bu işlə bağlı 3 nəfər saxlanıb.

Jurnalist dekabrın 25-də Kiyev ətrafında naməlum adamlar tərəfindən döyülərək reanimasiyaya düşüb.Insident onun yüksək rütbəli məmurların əmlakı barədə yazısından cəmi bir neçə saat sonra baş verib.

Dünən buna görə, Daxili İşlər Nazirliyinin binası qarşısında nazirin istefası tələbi ilə aksiya keçirilib.

Həmçinin Kiyevin mərkəzində Avropaya inteqrasiya tələbi ilə aksiya davam edib.
Həbsdə olan keçmiş baş nazir Yuliya Timoshenko aksiyaçılara müraciət göndərib. O müraciətində etirazçıları prezident Yanukovychə inanmamamağa çağırır.


Qeyd edək ki, Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub. Müxalifət hökumətin istefası və vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG