Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:14

Deputatlar özünü yandırmış Qarabağ veteranına baş çəkib


-
Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və Siyavuş Novruzov özünü yandıran, hazırda Bakıdakı 5 saylı xəstəxanada müalicə olunan Qarabağ veteranı Zaur Həsənova baş çəkiblər.

Bu barədə deputatlar dekabrın 27-də jurnalistlərə bildiriblər. Onların sözlərinə görə, hadisə sosial səciyyəli məsələdir və yaxın günlərdə öz həllini tapacaq.

Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O özünə qəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG