Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:21

Bakıda azyaşlıya qaraciyər transplantasiyası əməliyyatı keçirilib


-
Mərkəzi Neftçilər Xəstəxanasında dörd yaşlı uşağa qaraciyər transplantasiyası əməliyyatı keçirilib. AzərTAc xəbər verir ki, azyaşlı Həvva Əlizadənin üzərində on iki saat davam edən əməliyyat uğurla yekunlaşıb.

H.Əlizadə anadangəlmə qaraciyərdə ferment çatışmazlığı ilə doğulub. Azyaşlının səhhətində müşahidə olunan ağırlaşmalar bu çətin əməliyyatı vacib edib.

Əməliyyatda donor kimi xəstənin xalası iştirak edib. Hazırda donorun da vəziyyəti normaldır.
Əməliyyat olunan xəstədə əvvəllər müşahidə olunan hallar əsasən bədən çəkisinin normadan xeyli azlığı və ümumi fizioloji inkişafın zəifliyi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG