Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:33
-
Dekabrın 26-da ədliyyə naziri Fikrət Məmmədov İmişli şəhərində olub. O, əvvəlcə İmişli rayon məhkəməsi üçün yeni tikiləcək inzibati binanın təməlqoyma mərasimində iştirak edib. İmişli Regional Ədliyyə Şöbəsinin istifadəyə verilən binası ilə tanış olan nazir, burada Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan, habelə Xocavənd və Cəbrayıl rayonlarından məcburi köçkün düşən vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı bölgə sakinləri daha çox işlərinə məhkəmələrdə ədalətli baxılmamasından, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmamasından, bu sahədəki süründürməçilikdən şikayətləniblər.

AzadlıqRadiosunun müxbirinə tədbiri yaxından izləmək və qəbula gələnlərdən müsahibə almaq imkanı verilməyib.



XS
SM
MD
LG