Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

Qan tədarükü 30 tona çatıb


-
Bu il respublikada qan tədarükü 30,1 tona çatıb. Bunu yap.org.az-a müsahibəsində səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir.

“2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2012-ci ildə 26 ton, 2013-cü ildə bu rəqəm 30,1 tona çatıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində talassemiya və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Bu xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb, onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan təxminən 2 dəfə azalıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG