Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

Vəkil Yalçın İmanov həbsdə olan jurnalist Pərviz Həşimli ilə görüşüb


Pərviz Həşimli
Pərviz Həşimli
Vəkil Yalçın İmanov dekabrın 26-da MTN-in istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

Bu barədə “Media forum” saytına onun Yalçın İmanovun özü məlumat verib :
“Pərviz Həşimlinin dişi ağrıyırdı. Təcridxanada diş çəkdirmək imkanı olmadığı üçün onu MTN-in poliklinikasına aparıb dişini çəkdiriblər. Əhval-ruhiyyəsi aşağıdır. Ürəyində ağrılar yaranıb. Əvvəlki problemləri qalır. İstintaqın ləng aparılmasından narazıdır. Deyir müstəntiq Elşən Murtuzovu yalnız məhkəmədən-məhkəməyə görürəm.Yəqin ki, bəzi məsləhətləşmələrdən sonra həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün müəyyən addımlar atacağıq”.

Pərviz Həşimli sentyabrın 17-də həbs olunub.O qanunsuz silah saxlamaqda ittiham olunur.

Jurnalist ittihamı rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG