Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

Əli İnsanov ədliyyə naziri Fikrət Məmmədovu məhkəməyə verib


Əli İnsanov
Əli İnsanov
Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov ədliyyə naziri Fikrət Məmmədovu məhkəməyə verib.

Bu barədə “Azadlıq” qəzetinə onun vəkili Toğrul Babayev məlumat verib.Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi bu il martın 14-də keçmiş nazirin şikayəti əsasında qəbul etdiyi qərarda onun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddəsi ilə təminat verilən hüququnun pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökuməti cərimələnib, amma bu günə qədər hüquq pozuntusuna yol verənlər cəzalandırılmayıb, Əli İnsanov isə dözülməz şəraitdə saxlanır: “Əli İnsanov hesab edir ki, onun ağır şəraitdə saxlanması bilavasitə ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə həyata keçirilir. Buna görə də ədliyyə nazirinin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəməyə müraciət edib”.

Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

O, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisində saxlanır.
XS
SM
MD
LG