Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:54

Rüstəm İbrahimbəyov fəxri sədrlikdən gedir


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Yazıçı və kino xadimi Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurası üzvlərinə müraciət edib. Müraciətdə deyilir:

“Prezident seçkisindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədi şübhəsiz ki, demokratik qüvvələrin birliyini pozmağa yönəlib. Milli Şuranın mövcudluğunu beynəlxalq ictimaiyyətin təqdir etməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür.

Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın “sıralarının təmizliyindən” narahatlıqları ilə ört-basdır edirlər. Lakin ardıcıl olaraq qurumun yaradılmasına, prezident seçkisində Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar.

Milli Şuranın tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər. Dünya demokratik birliyi Azərbaycanda demokratik müxalifətin yeni inkişaf pilləsi kimi qəbul edir, faydalı qarşılıqlı əməkdaşlığı mümkün olan nüfuzlu təşkilat kimi görür. Bu, hakimiyyəti və öz hərəkətləri ilə Milli Şuranı iki-üç partiyanın ittifaqına çevirmək istəyənləri narahat edir.

Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim fəxri sədr seçilməyim ətrafında apardığı söhbətlərin Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm.

Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG