Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:37

Daha bir universitet rektoru işdən çıxarılıb


-
Dekabrın 23-də prezidentin sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev vəzifəsindən azad edilib.

Təhsil Nazirliyindən apa-ya verilən xəbərə görə, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusubova həvalə edilib.

Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.
XS
SM
MD
LG