Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

Sovet əmanətlərinin qaytarılması başa çatır


-
Bankdakı əmanətlərin birdəfəlik ödənməsi dekabrın 31-də başa çatır. Bu barədə Maliyyə Nazirliyi məlumat verir.

Məlumatda deyilir ki, birdəfəlik ödəmənin alınması üçün «Kapital Bank»a müraciət edən vətəndaşların əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunublar. Ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə bank birdəfəlik ödəmə təyin etsə də, onlar bu pulu hələ də almayıblar.

Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri pullarını almaq üçün 31 dekabra qədər «Kapital Bank»ın filiallarına müraciət etməyə çağırır. Ödəmələr prezidentin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» fərmanı ilə həyata keçirilir.
XS
SM
MD
LG