Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26
-
Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü ilin «Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi» müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, artıq altıncı ildir təşkil edilən müsabiqənin məqsədi il ərzində mədəniyyət müəssisələrinin və işçilərinin ən fəallarını müəyyənləşdirmək və qiymətləndirməkdir.

Çıxışlardan sonra «Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi» müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqədə qaliblər ilin ən fəal müəllimi, rejissoru, aktyor və aktrisası, rəqqas və rəqqasəsi, bədii rəhbəri, mədəni-maarif işçisi, muzey işçisi, qoruq işçisi, kitabxanaçısı, mədəniyyət işçisi, saytı, tədbiri, mədəniyyət evi, xalq kollektivi, muzeyi, musiqi məktəbi, kitabxanası və s. nominasiyalar üzrə mükafatlandırılıb.

Tədbirdə 24 nominasiya üzrə, ümumilikdə, 32 mədəniyyət müəssisəsi və 67 mədəniyyət işçisi fəxri fərmanlar, diplomlar, pul mükafatı və hədiyyələr alıb.

İlk dəfə təsis edilmiş «Mədəniyyət işçilərinin ən yaxın dostu» nominasiyası üzrə mükafata isə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova layiq görülüb.

Tədbir muğam ustalarının ifasında konsert proqramı ilə davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG