Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

Rusiyalı mütəxəssislər Arafatın zəhərlənmədiyini deyirlər


Yasser Arafat
Yasser Arafat
Keçmiş Fələstin lideri Yaser Arafatın qalıqlarından götürülən nümunələri analiz etmiş rusiyalı mütəxəssislər hesab edir ki, o öz əcəli ilə ölüb.Ekspertlər onun polonium maaddəsindən zəhərlənməsinin mümkünlüyünü istisna edirlər.

Federal tibbi-bioloji agentliyin rəhbəri Vladimir Uybanın sözlərinə görə,bu qənaətlə fransa və hətta bu yaxınlarda Arafatın zəhərlənmədən öldüyünü deyən isveçrəli alimlər də razılaşıblar.

Arafat 2004-cü il noyabrın 11-də Parij ətrafında 75 yaşında vəfat edib.Fransalı həkimlər onun güclü insult keçirdiyini deyirlər.Fələstinlilərin əksəriyyəti isə hesab edir ki, Arafat zəhərlənib və bunun arxasında İsrail durur.
XS
SM
MD
LG