Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Azərbaycanda rəqəmli televiziya yayımına keçilir


-
Efirdə çoxproqramlı TV yayımların test edilməsi məqsədilə Bakı şəhərində və bəzi bir neçə bölgədə açıq rəqəmli paketə bir neçə xarici kanallar da daxil edilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən APA-ya verilən məlumata görə, test işləri uğurla başa çatıb. Məlum olub ki, ölkə əhalisinin 97%-nin açıq (əsas) paketli rəqəmli TV yayımı ilə əhatələnib. Bunu nəzərə alaraq 2014-cü il yanvarın 1-dən rəqəmli Bakıda və respublika ərazisində əsas (açıq) paketdə yalnız milli TV proqramları (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV, Xəzər TV və TRT1) açıq yayımlanacaq. Bakı və Gəncə şəhərlərində digər kanalların yayımı yayımları edən şirkətlərlə vətəndaşların müqaviləsi əsasında aparılması xahiş olunur.

Nazirlikdən bildirilib ki, digər regionlarda açıq paketdən əlavə kanalların yayımının təşkilinə dair işlər davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək.
XS
SM
MD
LG