Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:08

“Araz-Naxçıvan” ilk dövrəni qalib qapatdı


“Araz-Naxçıvan” klubu
“Araz-Naxçıvan” klubu
-
“Araz-Naxçıvan” klubu futbol üzrə Azərbaycan I divizionunun ilk dövrəsin birinci yerdə tamamlayıb. Klub dövrənin son turunda ən yaxın izləyicisi olan Bakının “Qaradağ-Lökbatan” klubunu məğlub edərək liderliyini daha da möhkəmlədib.

Naxçıvan şəhərində keçirilən həmin görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə “Araz-Naxçıvan”-a 40-cı xalı qazandırıb. “Araz-Naxçıvan” birinci dövrədə keçirdiyi 15 oyunun cəmi birində məğlub olub, bir oyunda isə heç-heçə edib. Qalan 13 oyunda komanda meydanı qalib tərk edib.

I divizionun ikinci dövrəsi fevral ayında başlayacaq. 16-cı turda komanda səfərdə “Bakılı”nın qonağı olacaq.

“Araz” klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin “B” qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının “A” qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu komanda ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra “Araz” fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə “Araz” yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.

Bu il yenidən peşəkar futbola qayıdan “Araz” 2-ci dəstədə gücünü sınayır. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.
XS
SM
MD
LG