Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Adnan Şenses vəfat edib


-
Türk sənət musiqisinin simalarından Adnan Şenses vəfat edib. Türkiyə mətbuatı məlumat verir ki, o dekabrın 25-də gecə vəfat edib.

Adnan Şenses xəstəxananın kardioloji, hemotoloji və onkoloji şöbələrində müalicə alırdı.
Onun həkimi xəstəxanada açıqlama verib:

“Adnan Şenses ürək xəstəliyindən əziyyət çəkirdi. By-pass əməliyyatı edilmişdi. Sənətçi 3 ildir xəstəxanamızda mədə xərçəngindən də müalicə alınmışdı. Son 15 gündə xəstəliyin artması səbəbilə xəstəxanamıza gəldi. Bütün səylərimizə baxmayaraq onu itirdik”.

Adnan Şenses 1935 ci ildə Bursada doğulub. Sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Ailəsinin istəyi ilə dülgərliklə məşğul olub. 1956-dı ildən musiqi ilə məşğul olmağa başlayıb.
Məhşur kazinolarda çalışıb, 16 il Ankara Radiosunda xidmət göstərib. 47 filmdə rol alıb.
Adnan Şenses “Altın plak” da daxil olmaqla çoxsaylı mükafatların sahibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG