Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:19
-
Azərbaycanda tutulan şəxsi polislərin saxlanması müddəti və qaydaları dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Polis haqqında” qanunun 14-cü maddəsinə dəyişiklik təklif edilib. Təklifə əsasən, polis tutulan şəxsi müvafiq orqanlara təhvil verənə qədər saxlamaq səlahiyyətindən məhrum olunur.

Bunun əvəzinə maddəyə başqa bənd əlavə edilir. Bu bəndə əsasən polis Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunla müəyyən edilmiş müvafiq hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlaya bilər.

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG