Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

Misirdəki partlayışa görə cavabdehliyi Əl Qaidə qrupu üzərinə götürüb


Foto arxiv

Foto arxiv

Misirin Mansura şəhərində 16 nəfərin ölümü ilə nəticələnən partlayışa görə cavabdehliyi Sinay yarmadasında fəaliyyət göstərən Əl Qaidə qrupu üzərinə götürüb.

Polis məntəqəsinin ətrafında törədilən bu partlayış nəticəsində həmçinin 100-dən çox adam yaralanıb.

Mansura şəhəri paytaxt Qahirənin 110 kilometrliyində yerləşir.

Bundan sonra Misir hakimiyyəti “Müsəlman qardaşları” hərəkatını terrorçu təşkilat elan edib.

Qeyd edək ki, bu hərəkatın təmsilçisi Muhammad Morsi bu il iyunun 3-də hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb.Hərbçilər onu səlahiyyətlərini aşmaq və devrildikdən sonra ölkədə iğtişaşları qızışdırmaqda ittiham edir. Hazırda Morsi həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG