Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Nietzche-nin, Dostoyevskinin kitabları Azərbaycan dilində


Azerbaijan - Azeri books
Azerbaijan - Azeri books

“Qanun” nəşriyyatından yeni kitablar

-

Dostoyevskinin Sibirə sürgün zamanı gördükləri, yaşadıqları... “Qanun” nəşriyyatı böyük rus yazıçısının «Ölü evdən qeydlər» əsərini çap edib.

1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi.

Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi.

Əsəri Məmməd Qocayev çevirib.

Nəşriyyat Dostoyevskinin “Cinayət və cəza”sını, populyar İtaliya yazıçısı Corco Falettinin “Mən öldürürəm” romanını da çap edib.

«Mən öldürürəm» romanı kitab dükanlarında görünəndən iki il sonra iki milyon yarım tirajla satılıb, digər dillərə tərcümə olunanda isə başlanğıc tirajı yüz min nüsxəni keçib.

Bu əsərdə hər şey var – gərginlik və maraqlı süjet, kazino, «Formula-1» yarışları, Şubertin, Tom Uaytsın musiqiləri, Monte-Karlonun təkrarolunmaz gözəl mənzərələri... Hadisələrin mərkəzində isə özgə üzlərinin kolleksiyasını toplayan müəmmalı gecə qatili dayanır.

Ruscadan tərcümə: Aslan Quliyev

Nəşriyyatın buraxdığı digər 3 əsər:

Alman filosofu Friedrich Nietzche-nin “Zərdüşt belə deyirdi” kitabı

J.K.Rowling-in “Harry Potter və sirlər otağı”

Ethel Lilian Voynich-in, “Ovod” romanı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG