Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Jurnalist Nicat Əliyevə kəsilən həbs cəzasından şikayət veriləcək


Nicat Əliyev

Nicat Əliyev

Dini fəal və jurnalist Nicat Əliyevə kəsilən həbs cəzasından apellyasiya şikayəti veriləcək.

Bunu dekabrın 25-də “Media forum” saytına vəkil Yalçın İmanov bildirib.Vəkil Nicat Əliyevin həbs olunarkən üstündən və evindən götürülən əşyaların hələ də geri qaytarılmadığını deyib: “Məsələ ilə bağlı həm Yasamal Rayon Polis İdarəsinin müstəntiqinə, həm də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqinə müraciət etmişəm. Amma heç bir cavab verilməyib. Bilmək istəyirik ki, həmin əşyalar nə səbəbdən geri verilmir. Qanuna görə, əşyalar sahibinə qaytarılmalıdır”.

Nicat Əliyev dekabrın 9-da 10 il azadlıqdan məhrum edilib.O narkotik vasitə saxlama, dini ədəbiyyat yayma, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etmək, milli, dini, irqi və sosial düşmənçilik salmağa yönəlmiş hərəkətlərdə ittiham olunur.

O ittihamları rədd edir və həbsinin Eurovision 2012 mahnı müsabiqəsi ərəfəsində Bakıda geyparadın keçirilkməsinə etiraz olaraq yaydıqları materiallarla bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG