Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

Ukraynada araşdırmaçı jurnalist və müxalifət fəalı Tetyana Chornovil Kiyevdəki evinin ətrafında naməlum adamlar tərəfindən döyülüb.34 yaşlı jurnalist vəzifəli şəxslər, hakim dairələrin korrupsiyaya qurşanması barədə araşdırmaları ilə tanınır.O həmçinin son hökumət əleyhinə nümayişləri fəal işıqlandıran jurnalistlərdən biridir.

Hazırda o reanimasiya şöbəsindədir.Bundan bir qədər sonra yüzlərlə etirazçı daxili işlər nazirliyinin qarşısına yığışaraq nazirin istefasını tələb ediblər.

Prezident Viktor Yanukovych polisə günahkarların tapılıb cəzalandırılmasını göstəriş verib.

ATƏT jurnalistin döyülməsindən dərin narahatlıq bildirib və hərtərəfli araşdırma aparmağa çağırıb.
XS
SM
MD
LG