Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08
-

Azərbaycan Yazıçılar Birliyi (AYB) yeni saytını açıb: ayb.az.

Bu haqda AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

Saytda birliyin məlumatları və ədəbiyyat mövzusunda məqalələr yer alıb.

Xəyal Rza bildirib ki, saytın açılışına AYB rəhbəri Anar, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu, “Dünya Ədəbiyyatı” jurnalının redaktoru Səlim Babullaoğlu, “kitabxana.net” saytının redaktoru Aydın Xan Əbilov, “Ulduz” jurnalının redaktoru Elçin Hüseynbəyli və b.qatılıblar.

Mətbuat katibi deyib ki, sayt yanvar ayından başlayaraq daimi yenilənəcək.
Anar "saytın tortu"nu kəsir

Anar "saytın tortu"nu kəsir


İndiyəcən AYB-nin rəsmi saytı olmuş azyb.net də aktivdir.

Birliyə son illərdə İnternetdə passiv olmaq, saytını gec yeniləmək, kağız jurnal və qəzetlərdən asılı olmaqla bağlı iradlar tutulurdu.

Dekabrın 31-dəsə Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan yeni ədəbi portal rəsmən fəaliyyətə başlayacaq.

litdiaspora.az adlanan yeni portalın məqsədi Azərbaycanın xaricdə yaşayan ədəbiyyat, mədəniyyət, elm adamlarını, ictimai xadimlərini bir araya gətirmək, onları vətənlərində daha yaxından tanıtmaq, Azərbaycan və xaricdəki diaspor cəmiyyətləri ilə əlaqələri yaxşılaşdırmaqdır.

Rəsmi status daşıyacaq portalın ideya müəllifi və baş redaktoru, AYB- nin şöbə müdiri Sayman Aruzdur. Elektron dərgi formatında olacaq litdiaspora.az bir sıra mövzular istiqamətində ayrı-ayrı bölmələrə ayrılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG