Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:19

Türkiyədə 3-cü nazir də istefa verdi


Erdogan Bayraktar
Erdogan Bayraktar
Türkiyənin ekologiya naziri Erdogan Bayraktar vəzifəsi və deputatlıqdan istefa verib.O həmçinin baş nazir Recep Tayyip Erdoganı istefa verməyə çağırıb.

Bundan az əvvəl ölkədəki korrupsiya qalmaqalı və həbslərə görə, daxili işlər naziri Muammar Güler və iqtisadiyyat naziri Zafer Caglayan da istefa verib.

Bu günlərdə Türkiyədə korrupsiya qalmaqalına görə, 24 nəfər həbs edilib.Bu nazirlərin oğulları da onların arasındadır.

Amma baş nazir Erdogan buna cavab olaraq bir sıra polis rəislərini işdən azad elədi.O hesab edir ki, bu qalmaqal xaricdən hazırlanıb və məqsəd ölkədə qeyri-sabitlik yaratmaqdır.

3 dəfə baş nazir seçilən Erdogan avtoritarlıqda ittiham olunsa da onun dövründə ölkə iqtisadi yüksəliş dövrünü yaşayır.
XS
SM
MD
LG