Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:58

NİDA-çı gənc: «Hacı Məmmədovdan ağır cinayət etməmişik ki...»


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
“Hacı Məmmədovdan ağır çinayət etməmişik ki, dedikləriniz gizli qalsın”
Bunu həbsdə olan NİDA üzvü Zaur Qurbanlı məhkəmə prosesində deyib.

Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılarla bağlı proses davam edib. Proses başlayanda NİDA üzvü Zaur Qurbanlı ayağa qalxaraq bir xahişi olduğunu bildirib:

“Dediklərimi şifahi vəsatət kimi də qəbul edə bilərsiniz. Çox xahiş edirəm, qarşınızda olan mikrafonları işə salasınız. Mikrafonun olmaması jurnalistlərin işi daha obyektiv işıqlandırmalarına mane olur. Burada Hacı Məmmədovun məhkəməsi keçirilib. Həmin vaxt o mikrafonlar işlək idi. Biz ondan daha ağır cinayət törətməmişik ki, dedikləriniz gizli qalsın”.

HAKİM MƏHKƏMƏYƏ HÖRMƏT TƏLƏB ETDİ

Hakim Zaur Qurbanlının xahişini yerinə yetirmədi və ondan məhkəməyə hörmət etməsini tələb etdi.

Daha sonra məhkəmə prosesi davam etdirilib. Prosesdə hərəkat üzvlərindən Rəşad Həsənov indiki mərhələdə ifadə verməkdən imtina edib. Bundan sonra onun istintaqa verdiyi ilkin ifadələri elan olunub.

Bundan sonra o dövlət ittihamçısının suallarını cavablayıb. Prokuror aksiya keçirmə səbəbləri, konkret hansı əsgərin ölümünə etiraz etməsi barədə suallar verib. Rəşad Həsənov sualları cavablandırıb:

“İstər NİDA, istər şəxsən mən orduda ciddi problemlərin olduğunu görürdük. Dinc şəraitdə əsgər ölümləri artırdı. Bizim də etirazımız başda Səfər Əbiyev olmaqla bütünlükdə Müdafiə Nazirliyinə idi”.

"NİDA-NI ONA GÖRƏ SEÇMİŞƏM Kİ..."

Rəşad Həsənov daha sonra vəkillərin suallarını cavablandırıb:

“Birinici ifadəm alınanda yanımda vəkilim olmayıb. Yaşadığım yerdən tapıldığı iddia edilən şarlar, kibrit qutularının mənə dəqli yoxdur. “Molotov kokteyli”ni mən həbs olunan yoldaşlarla bağlı TV-də gedən sujetlərdə görmüşəm. NİDA demokratik cəmiyyət istəyir. Demokratik cəmiyyət bu hakimiyyət qalaraq da qurula bilər. Demirsiz ölkəmiz demokratik dövlətdir? Biz də demokratik cəmiyyət istəyirik. Biz buna qarşı olanlarla mübarizə aparırıq. NİDA-nı da ona görə seçmişəm ki, onlar dinc mübarizə yolunu seçir. Bizim bu hakimiyyəti Misir inqilabları kimi devirmək planımız olmayıb”.

Rəşad Həsənov ifadəsində həbs olunma səbəblərinin ona aydın olmadığını da vurğulayıb.

Məhkəmə dekabrın 26-da davam edəcək.
-----
Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılarla bağlı proses davam edib.
Hərəkat üzvlərindən Rəşad Həsənov indiki mərhələdə ifadə verməkdən imtina edib. Bundan sonra onun istintaqa verdiyi ilkin ifadələri elan olunub.

Həmin ifadəsində Rəşad Həsənov qeyd edib ki, evində tapıldığı iddia olunan əşyaların heç biri ona məxsus deyil və irəli sürülən ittihamları da qəbul etmir.

Rəşad Həsənov ifadəsində həbs olunma səbəblərinin ona aydın olmadığını da vurğulayıb. Daha sonra o, prokuror və vəkillərin suallarını cavablandırıb.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG