Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:25

İsmayıllının Sumağallı kəndində müasir tipli uşaq bağçası tikilir


müasir tipli qırx yerlik yeni bağça inşa olunur
müasir tipli qırx yerlik yeni bağça inşa olunur
-
İki ay bundan öncə Sumağallı kəndində keçən əsrin 30-cu illərində tikilmiş, indi qəzalı vəziyyətdə olan uşaq bağçasının binası haqda geniş reportaj hazırlamışdıq. Həmin reportajda bağçanın müdirəsi və işçilər binanın köhnə olduğu üçün çətinlik çəkdiklərini bildirmişdilər. Artıq Sumağallı kəndində bu problem aradan qaldırılmaq üzrədir. Kənddə müasir tipli qırx yerlik yeni bağça inşa olunur.

“BU İŞ KƏNDİMİZ ÜÇÜN, BÖYÜK İRƏLİLƏYİŞDİR”

yeni bağçanın inşası
yeni bağçanın inşası
Təqaüdçü müəllim, Cərulla Xəlilovun dedikləri:

“Kəndimizdə iyirmi beş ildən çoxdur ki, uşaq bağçası fəaliyyət göstərir. Lakin bağça qəzalı vəziyyətdə olan binada yerləşirdi. Rayon icra hakimiyyətinin başçısı Mirdamət müəllim bu vəziyyətlə tanış olmuş və kəndimizdə yeni bağça binasının tikilməsi üçün nazirlər kabinetinə təqdimat vermişdi. Gördüyünüz kimi artıq yeni bağçanın tikintisi davam edir. Bu bizim kəndimiz üçün böyük işdir, böyük irəliləyişdir”.

“SON 70 İLDƏ KƏNDİMİZDƏ DÖVLƏT TƏRƏFİNDƏN HEÇ BİR TİKİNTİ APARILMAMIŞDIR”

Kəndin ağsaqqallarından biri Feyruz Mirzəyevin dedikləri:

“Biz çox sevinirik. Ona görə sevinirik ki, son yetmiş ildə kəndimizdə əsaslı şəkildə, dövlət tərəfindən heç bir tikinti aparılmamışdır. Bağçanın işçiləri də indiyə qədər çox əzab-əziyyət içində işləyirdilər. Kəndin ağsaqqalı kimi çox sevinirəm. İşi aparan İsa Gidayev bizə məlumat verdi ki, inşallah gələn ilin sentyabr ayında, yeni dərs ilində uşaq bağçası istifadəyə veriləcək. Onu da qeyd edim ki, hal- hazırda kəndimizdə beş yaşına qədər olan yüzə yaxın uşaq var. Burada onların təlim-tədrisi ilə məşğul olmağa, gələcəkdə orta məktəbə hazırlamağa imkan yaranacaq. Bu işdə əməyi olan bütün şəxslərə təşəkkürümüzü bildiririk”.

“MÜKƏMMƏL LAYİHƏDIR”

Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov deyir ki, bağça lazımi olan bütün müasir tipli avadanlıqlarla təmin olunacaq:

“Özüm şəxsən maraqlanmışam, layihə çox mükəmməl şəkildə həyata keçirilir. Gələcəkdə də belə uğurlu layihələrin həyata keçirilməsi nəzərdə tutulub”.
XS
SM
MD
LG