Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

AzadlıqRadiosu-nun Facebook səhifəsi 2013-cü ilin qalibi oldu


«Milli Net 2013»
«Milli Net 2013»
-
AzadlıqRadiosu-nun http://facebook.com/azadliqradiosu səhifəsi 2013-cü ilin «Ən yaxşı sosial şəbəkə səhifəsi» nominasiyası üzrə Milli İnternet mükafatına («Milli Net 2013») layiq görülüb.

AzadlıqRadiosu mükafata layiq görüldü
AzadlıqRadiosu mükafata layiq görüldü
Dekabrın 24-də «Four Season» otelində ənənəvi Milli İnternet mükafatının 2013-cü il – sayca 5-ci təqdimat mərasimi keçirildi.

Respublika üzrə baş İnternet mükafatının təşkilatçısı «İnternet Forumu» cəmiyyətinin prezidenti Osman Gündüz tədbiri açaraq 12 nominasiya üzrə 319 sayt arasında 4 ay müddətində davam edən yarışma barədə məlumat verdi.

Əsas nominasiyalar və qaliblər:

1. Media və informasiya – Gənclərin Səsi Radiosunun web səhifəsi
2. Ən yaxşı sosial şəbəkə səhifəsi – AzadlıqRadiosu-nun Facebook səhifəsi
3. Korporativ saytlar – Prosper Cartoon Studio-nun web səhifəsi
4. İctimai-sosial saytlar – Azərbaycan Marketinq cəmiyyətinin web səhifəsi
5. Mədəniyyət, incəsənət və turizm saytları – Target Magazine-nin web səhifəsi
6. Ailə, uşaq və sağlamlıq – Qadin.net web səhifəsi
7. Asudə vaxt, idman və əyləncə – Manpasi.az web səhifəsi
8. Bloqlar – Techloq.com web səhifəsi
9. Elm və təhsil – E-book.az web səhifəsi
10. Dövlət və bələdiyyə saytları – E-gov.az web səhifəsi
11. Xidmət (servis) – ManADS.az web səhifəsi
12. İstifadəçi kontenti üzərində qurulmuş saytlar – Imho.az web səhifəsi

Milli Net-in qaydalarına uyğun olaraq 15 münsifin hər bir nominant üzrə verdiyi ballar sonradan İnternetə yerləşdirilir.

Qaliblərə tuncdan hazırlanmış hörümçək toru şəkilli buta, hədiyyələr (Sinam şirkətindən) və diplomlar verildi.

"MilliNet 2013"
"MilliNet 2013"
Müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verib. Sponsorları Azercell, Delta telekom şirkətləridir.

Qeyd edək ki, AzadlıqRadiosu-nun Azadliq.org saytı ötən – 2012-ci ilin MilliNet müsabiqəsinin Media və informasiya nominasiyası üzrə qalibi olmuşdu:

Tədbirdən fotolara baxmaq və haqqında daha ətraflı məlumat öyrənmək üçün http://millinet.az/ saytına baxın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG