Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:28

FHN yanğınsöndürənin ölümü ilə nəticələnən yanğın barədə məlumat yayıb


-
Fövqəladə Hallar Nazirliyi ötən gecə Ağac Emalı zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, yanğın dekabrın 23-dən 24-nə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı zavodunun ərazisində baş verib.

Nəticədə ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb. Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Eyvazov Zaur Tahir oğlu beton plitənin üzərinə düşməsi nəticəsində həlak olub.

Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG