Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:20

Bakıda məcburi köçkünlərin yaşadığı ərazidə yanğın özbaşına tikilidən başlayıb


-
Fövqəladə Hallar Nazirliyi Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bildirilir ki, yanğın Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Maarif kollecinin yataqxanasının həyətində baş verib. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb.

Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub.

Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG