Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:40

“Binə” ticarət mərkəzində yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib


-
“Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı APA yayıb.

“Binә” ticarәt mәrkәzindә yanğın dekabrın 24-də olub. Güclü yanğın ticarət mərkəzinin 5-ci sırasındakı ikimərtəbəli ticarət cərgəsini əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Məlumata görə, Mülki Müdafiә Qoşunlarının әsgәrlәri vә polis әmәkdaşları canlı sәdd yaradaraq, insanların tәhlükәli əraziyə yaxınlaşmasına imkan verməyiblər. Yanğın zamanı mallarını xilas etmək məqsədilə yanğının davam etdiyi sıraya daxil olmağa çalışan satıcılarla polis arasında mübahisələr yaranıb.

Yanğını axşam saatlarında söndürmək mümkün olub. Səbəblər barədə hələ ki açıqlama yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG