Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:10

Kiyevdə jurnalist döyülüb


-
Kiyev ətrafında “Ukraynskaya pravda”nın müxbir Tatyana Chernovil döyülüb.
Qəzetin yazdığına görə, sifətində qançırlar olan jurnalistə həkimlər kəllə-beyin zədəsi diaqnozu qoyublar.

Jurnalistin dediyinə görə, tanımadığı adamlar onu öz avtomobilin kuzovuna sıxaraq başını bir neçə dəfə maşına vurublar.

“Ukraynskaya pravda” hakimiyyəti tənqid edən əməkdaşına olan hücumu onun peşə fəaliyyəti ilə əlaqələndirir.

Bir müddət əvvəl mediada gedən məlumatlara görə Ukraynanın təhlükəsizlik xidməti jurnalistə qarşı cinayət işi açıb və həbsinə order verilib.

Tatyana Chernovil noyabrın 21-də başlayan evrointeqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyanın fəal iştirakçısıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG