Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:54

İlham Əliyev: Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparacaq


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

-
“Bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq”.

Bu fikirləri prezident İlham Əliyev dekabrın 24-də Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında deyib.

“Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır”.

İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xoşagəlməz hallara qarşı aparılan işləri müsbət dəyərləndirdiyini deyib.

“Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəkdir. Artıq işlər başlanmışdır. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaqdır”.

Hər bir sahə üzrə şəffaflıq və ədalətin əsas prinsiplər olacağını deyən prezident bunu hər bir kəsin, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaşların hiss edəcəyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG