Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə qoşulması üçün sənədlər hazırdır


Soldan - Belorus prezidenti Alexandr Lukashenko, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ukraynanın Baş naziri Nikolai Azarov Avrasiya İqtisadi Şurasının toplantısı zamanı. Moskva, 24 dekabr 2013
Soldan - Belorus prezidenti Alexandr Lukashenko, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ukraynanın Baş naziri Nikolai Azarov Avrasiya İqtisadi Şurasının toplantısı zamanı. Moskva, 24 dekabr 2013
Rusiya prezidenti Vladimir Putin dekabrın 24-də bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması üçün “yol xəritəsi” artıq hazırdır və Qırğızıstan üçün də bu sənədlər yekunlaşmaq üzrədir.

Putinin sözlərinə görə Birliyin hazırkı üzvləri olan Belorus və Qazaxıstanın, eləcə də təşkilata üzv olmaq istəyən Ermənistan və Qırğızıstanın dövlət başçıları ilə imzalanacaq sənədin detallarını müzakirə ediblər.

Putinə görə ölkələr arasında razılaşma 2014-cü ilin mayında imzalana və 2015-ci ilin yanvarından Avrasiya İqtisadi Birliyi tam şəkildə işləyə bilər.

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Avrasiya iqtisadi Birliyi Şurasının bu gün keçirilən toplantısından sonra bu qurumun SSRİ-nin bərpası cəhdi olması barədə ittiyhamları rədd edib:

- Biz iqtisadi birlik yaradırıq, özümüzü dünyadan təcrid etmirik. Əksinə, daha yaxşı əməkdaşlıq üçün şərait yaradırıq. Bu, bəzilərinin dediyi kimi SSRİ-nin bərpasına cəhd deyil.Geriyə dönüş deyil. Bu, hökumətlərimiz arasında ümumi mövqe birliyidir. Biz də bu istiqamətdə hərəkət edəcəyik.

Nazarbayev və Putin hazırda türkiyənin də həmin birliyə qoşulması üçün fəal təbliğat aparırlar. Ölkəsinə yeni qurumda mühadiəçi status almaq üçün Ukraynanın Baş naziri Mykola Azarov da dekabrın 24-də keçirilən toplantıda iştirak edib.

Sammitdən sonra Azarov bildirib ki, Kiyev öz mövqelərini ifadə etmək üçün bu toplantıda iştirak edib: “Ukrayna azad ticarət sahəsində Gömrük ittifaqına daxil olan ölkələrlə əməkdaşlıq etmək istəyir. Artıq imzalanmış və ratifikasiya edilmiş razılaşmalar tam şəkildə icra edilməlidir.”

Rusiya Ukraynanın Avropa Birliyi əvəzinə özünün himayəsində olan Gömrük ittifaqı ilə daha sıx əməkdaşlıq etməsi üçün Kiyevə təzyiqlər edir.

Nəticədə Kiyev noyabrda Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaqdan imtina edib. Amma bu qərar Kiyevdə hələ də davam edən etiraz aksiyalarına səbəb olub.

Keçən həftə isə Moskvada Rusiyanın Ukraynaya satdığı təbii qazın qiymətini endirməsi və maliyyə yardımı etməsinə dair razılaşma imzalanıb.

Rusiyanın Baş naziri Dmitry Medvedev də bu gün ukraynalı həmkarı ilə görüşüb. Medvedevin bildirdiyinə görə Ukraynaya razılaşdırılmış 15 milyard dollarlıq yardımın ilk 3 milyard dolları dekabrın 23-də Kiyevə çatdırılıb.
XS
SM
MD
LG