Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Ukrayna hökuməti Saakashvili-ni «arzuolunmaz şəxs» elan edib


Mikheil Saakashvili Kiyevdə aksiyaçılarla

Mikheil Saakashvili Kiyevdə aksiyaçılarla

-
Ukrayna hökuməti keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili də daxil olmaqla 36 xarici vətəndaşın ölkəyə girişini qadağan edib.

Yerli “Kommersant” qəzetinin yazdığına görə, Saakashvili ilə yanaşı 29 Gürcüstan , 5 ABŞ və 1 Serbiya vətəndaşı arzuolunmaz şəxs elan ediliblər.

Ukraynanın xarici işlər nazirliyi və Təhlükəsialik xidməti onları son etiraz aksiyalarında müxalifətlə əməkdaşlıqda, ölkədə sabitliyi pozmağa cəhddə günahlandırırlar.

Qeyd edək ki, Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
Paytaxt Kiyevdə etirazlar hələ də davam edir.Müxalifət hökumətin istefasını , vaxtındanəvvəl parlament və prezident seçkiləri keçirilməsini tələb edir.

Keçmiş Gürcüstan prezidenti Saakashvili Ukraynada keçirilən etiraz aksiyalarına həmrəylik olaraq bu günlərdə Kiyevə gedib və şəhərin mərkəzində keçirilən etiraz nümayişində çıxış edib.

Şərhləri göstər

XS
SM
MD
LG