Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41
-

Rusiyadan siyasi sığınacaq alan ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden missiyasını bitmiş hesab edir.

O bunu “The Washington Post” qəzetinə müsahibəsində deyib.

Snowden qeyd edir ki, ABŞ-ın məxfi elektron müşahidə proqramları barədə məlumat yaymaqla cəmiyyəti dəyişmək yox, belə dəyişikliyin lazım olub-olmamasını anlamaq üçün insanlara şərait yaratmaq istəyib.

O həmçinin Rusiya rəhbərliyi ilə əlaqəsi olmadığını, onlarla heç bir müqavilə və ya razılaşma imzalamadığını deyib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı olan 30 yaşlı Edward Snowden bu ilin iyununda öncə Hong-Konga, oradan isə Moskvaya qaçmışdı. O, Ekvador hökumətindən siyasi sığınacaq istəsə də, ABŞ tərəfi onun pasportunu ləğv elədiyindən uzun müddət Moskvada hava limanında qaldı. Vaşinqtonun israrlı tələbləreinə baxmayaraq Moskva onu geri qaytarmaqdan imtina etdi və az sonra keçmiş kəşfiyyat əməkdaşına Rusiyada siyasi sığınacaq verildi.

Amerika təhlükəsizlik orqanlarının bütün dünyada internet üzərindən milyonlara şəxsi yazışmaları izlədiyi, telefon danışıqlarını dinlədiyi haqda verdiyi məlumatlar böyük beynəlxalq qalmaqallara səbəb olub.

ABŞ onu xəyanətdə ittiham edir. Snowden isə müsahibəsində bildirib ki, əgər əməli xəyanətdirsə, yalnız dövlətin maraqlarını cəmiyyətin maraqlarına qurban verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG