Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:47

«Fly to Baku. Müasir Azərbaycan incəsənəti» sərgisinin açılışı olacaq


«Fly to Baku» Moskvada
«Fly to Baku» Moskvada
-
Heydər Əliyev Fondu və «Baku» jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bu günədək dünyanın 6 ölkəsində nümayiş etdirilən «Fly to Baku. Müasir Azərbaycan İncəsənəti» sərgisi Bakıda, Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Fondun yaydığı xəbərə görə, sərginin rəsmi açılış mərasimi dekabrın 27-də keçiriləcək.
Sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək.

Əsərlərin əksəriyyəti məxsusi bu layihə üçün işlənilib.

Xəbərdə vurğulanır ki, Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirilən tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılıb.

İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən «Fly to Baku» yerli sakinlərin böyük marağına səbəb olub.
XS
SM
MD
LG