Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57
Rusiyadan siyasi sığınacaq alan ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden missiyasını bitmiş hesab edir.

O bunu “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib. Snowden qeyd edib ki, ABŞ-ın məxfi elektron müşahidə proqramları barədə məlumat yaymaqda məqsədi cəmiyyəti dəyişmək yox, sadəcə insanların onlara dəyişiklik lazım olub-olmamasını anlaması üçün onlara şərait yaratmaq olub.

O həmçinin Rusiya rəhbərliyi ilə əlaqəsi olmadığını, onlarla heç bir müqavilə və ya razılaşma imzalamadığını deyib.

Snowdenin ABŞ-da gizli internet və telefon müşahidə sistemi olması barədə məxfi məlumat yayması dünyada böyük qalmaqala səbəb olub. ABŞ onu casusliqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG