Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

Gəncədə məcburi köçkünlər üçün salınmış şəhərciyin lenti kəsildi


Gəncədə məcburi köçkünlər üçün salınmış şəhərcik

Gəncədə məcburi köçkünlər üçün salınmış şəhərcik

-
Şəhərciyin açılışını Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov etdi.

Açılış zamanı qonaqlar qəsəbədə tikilən məktəbin, həmçinin Kəlbəcər rayon İcra Hakimiyyəti aparatı üçün inşa olunan inzibati binanın şəraiti ilə tanış olublar. Qəsəbədə bir neçə ailə evlə təmin olunub. Gəncə şəhər Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin yerli bölməsindən verilən məlumata görə, digər evlər də tədricən sahiblərinə təhvil veriləcək.

Gəncədə salınan şəhərcikdə 25 ədəd 5 mərtəbəli yaşayış binası, 1200 yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, inzibati bina, musiqi məktəbi, həkim məntəqəsi və yanğın əleyhinə depo tikilib.

Gəncədə ümumi sayı 20 min nəfər olmaqla 5 min məcburi köçkün ailəsi var. Onların 70 faizi şəhərdəki yataqxanalarda məskunlaşıb. Ailələrdən 1800-ü tələbə yataqxanalarında yaşayır ki, ilk mərhələdə onlardan yeni salınan şəhərciyə 1500 ailə köçürüləcək.
XS
SM
MD
LG