Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:53

Bakı kəndləri prezidentin və vətəndaşların gözü ilə [Video]


-


«İşdən Sonra» verilişində ekspert Aytəkin İmranova, iqtisadçı Rövşən Ağayev və Bakı kəndlisi Məşədi Vaqif Pənahov şəhərətrafı qəsəbə və kəndlərin vəziyyətini müzakirə ediblər.

«ANALOQU OLMAYAN İNKİŞAFI GÖRMÜRÜK»

Məhəmmədi kənd sakini Məşədi Vaqif Pənahov inkişafı görmədiyini deyir:

«Dildə analoqu olmayan inkişaf əzbərlənib, ancaq mən bunu görmürəm. Hər gün axşam saatlarında bizim kənddə işıqlar bir saatdan artıq keçir. Gündüz olsa, yenə dərd yarı Karta qaz yükləyirik, bir həftə bəs etmir heç. Zavod, fabrik yoxdur ki, insanlar işləsin. 170 manat pensiya alıram, övladlarım da işləmir. Bununla necə dolanmaq olar? Deyilənlər söz olaraq qalır .Yollar çəkilir, bir az keçməmiş dağılır. Bunlar inkişaf deyil…».

«BÜTÜN SAHƏLƏRDƏ İNHİSARLAŞMA VAR»

Aytəkin İmranova deyir ki, bütün sahələrdə inhisarlaşma insanların fərdi bizneslərini yaratmasına mane olur:

«Bizim məmurlar danışanda insanda elə təəssürat yaranır ki, onlar başqa reallıqda yaşayırlar. 1 milyon 200 min iş yeri açıldığı deyilir. Bəs bu iş yerləri hanı? İnsanlar şəxsi bizneslərini qura bilmirlər. Çünki bütün sahələrdə inhisarlaşma var. Keçidlərə, körpülərə, kosmetik dəyişikliklərə xərclənən pulların vətəndaşlara heç bir faydası yoxdur…».

«VAHİD İDARƏETMƏ ŞURASI OLMALIDIR»

Rövşən Ağayev problemlərin kökünü idarəçilikdə görür:

«Hökumətin inkişafı ölçmək üçün arşını fərqlidir. Onlar inkişafı yol çəkmək, körpü tikmək, məktəb təmir etdirməkdə görürlər. Hər bir inkişafın əsas aktyoru insan olmalıdır. Biz hökumətin inkişaf planında insan amili görmürük. Bizim hökumətin ən böyük problemi proqramlaşdırma bacarığının olmamasıdır. Görülən işlərin kəmiyyət və keyfiyyət göstəriciləri əlaqələndirilmir. Problemlərin kökündə idarəçiliyin düzgün qurulmamağı durur. Avropa Şurasının tövsiyələrinə görə, paytaxt şəhərlərinin xüsusi idarəetmə statusu olmalı və onların taleyi haqqında qərarları kollegial orqanlar vətəndaşlarla birgə verməlidir. Vahid idarəetmə şurası olmalıdır. Belə bir şura yoxdursa, həyata keçirilən proqramlar da şəffaf olmayacaq…».
XS
SM
MD
LG