Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

“Müsəlman qardaşları” terrorçu təşkilat elan edildi


-
Misirin baş naziri “Müsəlman qardaşları”nı terrorçu təşkilat elan edib.

Baş nazir Hazem Beblawi-nin sözçüsü dekabrın 24-də polis şöbəsinin yaxınlığında baş verən partlayışdan bir saat sonra bu bəyanatı verib.

Partlayış Qahirənin şimalında yerləşən Mansura şəhərində baş verib.

Binanın dağılması nəticəsində azı 14 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Hökumət partlayışda “Müsəlman Qardaşları”nı günahlandırır.

Misirin sonuncu prezidenti Mohammed Morsi hakimiyyətdən uzaqlaşdırılandan sonra “Müsəlman Qardaşları” təhlükəsizlik qüvvələrini hədəfə alan çoxlu partlayışlar törətməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG