Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

İsmayıllı məhbuslarının məhkəməsi dekabrın 29-da davam edəcək


Arxiv foto.

Arxiv foto.

-

«İsmayıllı işi» ilə bağlı keçirilən məhkəmə ayın 29-na kimi təxirə salınıb.

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, bugünkü prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Gələn il məhkəmənin tezləşdirilməsi üçün proses həftədə dalbadal 3 gün keçirilə bilər.
----
Şəki rayon məhkəməsində «İsmayıllı işi» ilə bağlı keçirilən məhkəmə prosesində məhkumlardan birinin vəziyyəti pisləşib.

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, hadisə yerinə təcili yardım maşını çağrılıb. Məhkəmənin işində fasilə elan edilib.

Həkimlər İsmayıllı sakini Mirkazım Abdullayevə tibbi yardım göstərdikdən sonra məhkəmə öz işinə davam edib.
------
Dekabrın 24-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbsdə olanların məhkəməsi davam edir.

Məhkəmənin işini izləmək üçün Müsavat partiyasının başqanı İsa Qəmbər, o cümlədən partiya yetkililəri, müxtəlif QHT rəhbərləri, REAL hərəkatının üzvləri də Şəkidədir.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG