Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

5 regional əmək müfəttişliyinin rəisi işdən azad edilib


-
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 5 regional əmək müfəttişliyinin rəisini işdən azad edib.

Nazirliyin rəsmi saytında bildirilir ki, 11 müfəttişliyin rəisinə töhmət verilib.

Səlim Müslümov bu qərarı ölkədə əmək qanunvericiliyinin vəziyyəti ilə bağlı keçirdiyi iclasda verib.

Səlim Müslümov Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin bu gün heç də qənaətbəxş olmadığını deyib. O, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

İclasda bildirilib ki, bəzən müfəttişliyin yoxlamaları formal xarakter daşıyıb:

“Hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda, onlardan heç birinə qarşı cərimə aktı yazılmayıb”,- saytın məlumatında deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG